• 24 Aprel 2024
logo
İlham Əliyev: “Rusiya-Türkiyə Monitorinq Mərkəzi postmüharibə dövrü çox önəmli alət olaraq fəaliyyət göstərəcək”

İlham Əliyev: “Rusiya-Türkiyə Monitorinq Mərkəzi postmüharibə dövrü çox önəmli alət olaraq fəaliyyət göstərəcək”

“Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı hesab edir ki, Azərbaycan öz vəsaiti hesabına bu Monitorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndinin yaxınlığında yaratdı: “Bütün şərait yaradıldı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatlarınn iştirakı ilə, onlardan istifadə edərək münaqişə zonasında qarşıdurma olmasın. Əgər olarsa, kim bunu törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, hər hansı bir ciddi qarşıdurma olmayıb. Bu monitorinq mərkəzi postmüharibə dövrü çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.