• 15 Aprel 2021
logo
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" lövhələri yerləşdirilib

Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" lövhələri yerləşdirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində "Xocalıya ədalət!" lövhələrinin dünyanın müxtəlif ölkələrində nümayiş olunması davam etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirillib ki, bu dəfə Britaniya-Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə "Xocalıya ədalət!" çağırışının əks olunduğu lövhələr Böyük Britaniyanın Mançester və Brayton şəhərlərində yerləşdirilib. Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

Hər iki şəhərdə "Xocalıya ədalət!" lövhələrinin iki həftə ərzində nümayiş olunması nəzərdə tutulub.