• 27 Aprel 2024
logo
YAP ŞABRAN RAYON TƏŞKILATININ İDARƏ HEYƏTININ ICLASI KEÇIRILIB

YAP ŞABRAN RAYON TƏŞKILATININ İDARƏ HEYƏTININ ICLASI KEÇIRILIB

24 fevral 2021-ci il tarixində YAP Şabran rayon təşkilatının İdarə heyətinin iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, onlayn videokonfrans formasında təşkil olunan iclasın gündəliyində duran 4 məsələ müzakirəyə çıxarılıb:

1.Uşaq Yaradıcılıq Mərkəzi, "Çıraqqala-Şabran" Tarix Memarlıq Qoruğu və Əmirxanlı İƏD ilk partiya təşkilatlarının fəaliyyəti haqqında arayışlar təqdim edolməsi.
2.Xocalı faciəsinin 29-cu ildönümümünasibətilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsinin qaliblərinin Fəxri Fərmanlarla təltif olunması.
3.Şəhid ailələri və Qarabağ müharibəsi qazilərinə qayğı aksiyasının davam etdirilməsi.
4.YAP Şabran rayon təşkilatının İdarə heyəti və Şurası arasında müvafiq komisiyyaların yaradılması:

- Qadınlarla iş üzrə komissiya
- Gənclərlə iş üzrə komissiya
- İdealoji komissiya
- Təşkilatlarla iş üzrə komissiya.

Gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq göstəriş və tövsiyələr verilib.

Bundan başqa YAP Şabran rayon təşkilatının təklifi və dəstəyi ilə hazırlanan "Şabran şəhidləri" kitabı ilə bağlı tövsiyələr dinlənilib.

Çıxış üçün söz alan YAP Şabran rayon təşkilatının sədr müavini Füzuli Hüseynov gündəlikdə duran məsələləri dəstəklədiyini bildirib və təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq təkliflərlə çıxış edib.

Sonda İdarə Heyəti iclasında səslənən məsələlər təsdiqlənib.