• 21 Noyabr 2019
logo
add image
80 yaşlı cavan

80 yaşlı cavan

Ramiz Babayev:”Elədiyim yaxşılıqlardı ki, bu gün bəhrəsini görürəm”
Bəzən deyirlər ki, “yaxşı kişilər atlarına minib gediblər”. Bu deyimlə razılaşmıram. Yaxşı kişilər-söhbət dövlətini, xalqını sevən, mərd, xeyirxah kişilərdən gedir-bütün dövrlərdə olub və olacaq. Onlar şərəflə işləyiblər və işlədikləri kollektivin hörmət, izzətini qazanıblar. Elədikləri yaxşılıqları, fədakarlıqları əllərində bayraq tutub gəzməyiblər. Və yaxud “mən, mən, mən” deyib, bağırmayıblar. Onların düşüncəsinə görə, “sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır”. Bəlkə elə ona görədir ki, onlar vəzifədə olanda da, vəzifədən gedəndə də eyni hörməti görüblər. Bu gün oxucularıma belə kişilərdən olan birindən-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 80 yaşlı cavanı Ramiz Zülfüqar öğlu Babayevdən söhbət açamaq istəyirəm.
O, 1939-cu ildə Lənkəran şəhərində anadan olub. Ailədə 5 uşaqdan üçüncüsü Ramiz bəydir. Anası evdar qadın olub. Atası isə iqtisadçı işləyib. Orta məktəbi Lənkaranda bitirib. Sənədlərini Bakı Yeyinti Sənaye Texnikumuna verib və qəbul olub. Əvvəllər fikri şərabçılıqla məşğul olmaq idi. Ancaq əsgərlik həyatı onu bu fikrindən daşındırıb. Əsgəri xidmətini Qazaxıstanda keçirib. Bacarıqlı olduğu üçün böyük bir anbara nəzarəti və oranın hesabat işlərini Ramiz bəyə həvalə ediblər. İşləyib və komandirlərin hörmətini qazanıb. Əsgərliyini bitirib vətənə dönəndə qərara alıb ki, mütləq ali təhsil almalıdır. Leninqradda (indiki Sankt Peterburqda-A.Ş) Engels adına Sovet Ticarəti İnstitutunun qiyabi şöbəsinə daxil olub. İşləyə-işləyə oxuyub. İnstitutun 4-cü kursunda artıq Bakı Cənub restoranının müdiri vəzifəsinə irəli çəkilib. Bir müddətdən sonra isə Bakı Dəmir Yolu Ticarəti idarəsinə müavin, az keçmədən müdir təyin olunur. Bacarığı, qabilliyyəti ilə seçilən Ramiz bəy daha məsuliyyətli vəzifyə gətirilir-Azərbaycan Dəmir Yolları Ticatətinin müdiri. 1997-ci ilə kimi bu vəzifədə işləyib. Ramiz bəy BAXCP-nin qurulmasında əməyi olan insanlardandır. Hazırda BAXCP MNTK-nın üzvü kimi fəaliyyət göstərir.
1964-cü ildə ailə qurub. Bir qız övladı olub. Cavadzadə adına Uroloji xəstəxalada uzun müddət lobarant-həkim işləyib. Ramiz bəyin iki nəvəsi var. Oğul nəvəsi Azərbaycan Dövlətçilik Akademiyasını bitirb. Hazırda magistr təhsili alır. Bacarığına, qabiliyyətinə görə onu BMT-nin Azərbaycandakı təmsilçiliyində işə götürüblər.

“Pulun arxasınca qaçmamışam”

“Həyatda ən böyük amalım hər kəsə yaxşılıq etmək olub. İmkanım daxilində bunu etmişəm və bu gün də edirəm. Yaxşılıqdan gözəl heç nə yoxdu. Elədiyim yaxşılıqlardı ki, bu gün bəhrəsini görürəm. Vəzifəli, vəzifəsiz adımı eşidəndə hörmətlə yad edir, sözümü eşidirlər. İsmini hallandırmaq istəmirəm. Bir gün ali məktəb rəhbərlərinin birinə işim düşmüdü. Əvvəldən zəng vurub görüş vaxtı almışdım. Binanın girişində mühafizəçi məni saxladı və kim olduğumu soruşdu. Özümü təqdim etdim. Mühafizəçi adımı, soyadımı söyləyən kimi dəstəyin o başından nə dedilrəsə “buyurun-buyurun” deyib, məni içəri keçirdi. Həmin ali məktəbin rəhbəri məni qapıdaca qarşıladı, doğması kimi görüşüb otağına keçdik. Bu zaman anladım ki, zamanında olunan yaxşılıqlar yaddan çıxmır. Təbii ki, yaxşılığı qiymətləndirən və unutmayan insanlardan söhbət gedir. Xoşbəxtlikdən əhatəmdə belə insanların sayı çox olub. Onlarin sırasında şairlər və yazıçılar da var ki, hər biri evimdə qonaq olub və bu gün də dostluğumuz davam edir...
....Heç vaxt pulun arxasınca qaçmamışam. Allah nə ruzi yetiribsə “şükür” deyib, qane olmuşam. Elə vəzifədə işləmişəm ki, kim mənim yerimdə olsaydı bu gün şəhərin müxtəlif yerlərində evləri, vilaları olardı. Halbuki, məndən vəzifəcə aşağı olanların bir çoxu şəhərin mərkəzində evlər alıblar. Mən isə hələ də köhnə aldığım evdə qalıram və bundan məmnunam”.

“Ermənilər o qədər bic millətdir ki...”

“Sovetin dövründə harda yaxşı vəzifələr vardı ermənilər yeyələnmişdi. Kimsə deyə bilməzdi ki, onlar filan azərbaycanlının evində kirayədə qalırlar. Əksinə, özləri əlavə evlərini bizim millətə kirayə verərdilər. İşlədiyim kollektivdə də coxlu erməni çalışırdı. Baş mühasibin nüavini, kassir, restoran və kafelərdə mühüm postlarda, şirniyyat sexində vəs. ermənilər işləyirdi. Günlərin bir günü dostlarla söhbətdə bu məsələyə etirazımı bildirdim. O isə mənə “ağrımayan başına dəsmal bağlama” deyib, işimlə məşğul olmağımı tövsiyyə elədi. Əslində onun da sözlərində həqiqət vardı. O vaxtlar ermənilər xüsusi imtiyaz sahibi idilər. Kimsə onlara “gözün üstündə qaşın var” deyə bilməzdi. Desəydi cəzalanardı. Onları o qədər əzizlədik ki, sonda növbəti dəfə torpaqlarımızı işğal elədilər.
İşlədiyim müddətdə bir məsələ diqqətimi şəkdi. Erməni kassir hər ay ermənilərdən pul yığırdı. Soruşdum, cavabı belə oldu:”Əşi boş verin, bir cəmiyyətimiz var ora üçün yığırıq. Əlsiz-ayaqsızlara yardım olunur ordan da”. Nə ağlıma gələrdi ki, onlar çirkin əməlləri üçün pul yığırmışlar. O qədər bic millətdir ki, məqsədlərinə çatmaq üçün hər şeyə gedərlər”.

“25 manat ver, Lenin ordeni verək”

“İşlədiyim təşkilatın tabeliyində şiryiyyat sexi fəaliyyət göstərirdi. Elə şirniyyatlar bişirilirdi ki, dadından doymaq olmurdu. İndiki şirniyyatlar kimi deyildi. Həm keyfiyyətli, həm də ziyansız. İndi gedirsən şirniyyat düknlarına baxırsan çeşid-çeşid, ancaq keyfiyyət o dövrün keyfiyyətinə çatmaz. Bizim istehsal etdiyimiz şiryiyyatlar demək olar ki, bütün yuxarı strukturların yeməkxanalarına göndərilirdi. Deyim ki, qiyməti də münasib idi...
...İşlədiyim müddətdə əməyimə yüksək qiymət verilib. Medalla təltif olunmuşam. Ancaq birini almaqdan imtina etmişəm. Günlərin bir günü bizim tabe olduğumuz müəssisənin həmkarlar ittifaqının sədri bildirdi mənə Lenin ordeni vermək istəyirlər, ancaq xərci var. Dedim nə qədərdi? Dedi ki, “25 manat ver sənə Lenin ordeni verək”. Düzü pisimə gəldi. Necə yəni pul ver orden verək, həm də 25 manata. Dedim ki, mənə 25 manat olan Lenin ordeni lazım deyil. Həmkarlar ittifaqının sədri səsini kəsdi, heç nə deyə bilmədi”.

“Saat 6-da durub evdən çıxıram”

“Bu yaşımda belə səliqəli və gözəl geyinməyi sevirəm. Ancaq heç vaxt başıma papaq qoymamışam. Necə deyərlər “ayaşını isti saxla, başını sərin” deyiminə əməl etmişəm (gülür-A.Ş). 5-ci sinifdə oxuyurdum. Elə yağış yağırdı ki, gəl görəsən. Anamın arxamca papaq əlində çağırmağına baxmadan məktəbə kimi qaçdım. Ancaq qaçmağımın faydası yoxuydu. Başımdan su axırdı üzüaşağı. Məktəbin həyətində direktor məni saxlayıb niyə başıma papaq qoymadığımla maraqlandı və dedi:” Al bu 2 manatı üstünü də atan düzəltsin sənə bir papaq alsın ki, bu vəziyyətdə məktəbə gəlib xəstələnməyəsən”. Evə gələndə hadisəni olduğu kimi valideynlərimə danışdım. Dedilər ki, gördün, biz sənə deyəndə ki, başına papaq qoy sözümüzə baxmırsan. Ancaq yenə də başıma papaq qoymurdum. Hətta əsgərlikdə belə komandirin olmadığı yerdə başım açıq gəzirdim.
Bu yaşımda hələ yadıma gəlməyib ki, papaqla eşiyə çıxam. Hər gün idmanla məşğul oluram. Məni gümrah saxlayan bəlkə də budu. Saat 6-da durub evdən çıxıram. İlin bütün fəsillərində bu adətimi təkkarlayıram. İki saat gəzintidən sonra evə qayıdıb yuyunur, səhər yeməyi yeyir işimlə məşğul oluram. Dişim xaric, hələ həkimə müraciət etməmişəm. Bir az ayaqlarımda ağrı var. Evdə məcbur eləsələr də həkimə getmirəm”.

“Niyə partiya olaraq BAXCP-ni seçdin?”

“Hərdən dostlar, tanışlar məndən soruşurlar:”Niyə partiya olaraq BAXCP-ni seçdin?” Günlərin bir günü dostlarla Qüdrət Həsənquliyevlə görüşdük. Qüdrət bəy o zaman Mərkəzi Seçki Komissiyasının katibi işləyirdi. Həm də AXCP-ni birləşdirmək istəyirdi. Söhbət zamanı onu dinlədim. Həm də diqqətlə. Məndə belə təəssürat yarandı-hadisələri düzgün qiymətləndirir, məntiqi təfəkkürü güclüdür, dövləti sevir və qorunması üçün fədakarlıqlara hazırdı, müstəqilliyimizin daimi olmasını və Dağlıq Qarabağı azad etməyimizi istəyir. Eyni zamanda, yollarını göstərir. Həmin vaxtdan qərarımı qətiləşdirdim və Qüdrət Həsənquliyevin rəhbərliyi altında AXCP-nin Birləşdirici qurultayına hazırlaşdıq, yuksək səviyyədə keçirdik. Sonradan partiyanın adı BAXCP oldu. Yerli təşkilatlatların qurulmasında və konfransların keçirilməsində əməyim olub. Partiyamıza və liderimizə hücumlar oldu ki, niyə konstruktiv yol tutmuşuq. Həmin vaxt hücum edənlərin demək olar ki, əksəriyyəti bir müddət sonra bizim partiyanın tutduğu yolun dövlətçilik üçün önəmini görüb bu yolla getdilər. Bu gün də partiyamıza, liderimizə yersiz hücumlar olur. Çünki biz dövlətçiliyimizin qorunmasının keşiyindəyik”.

Və son

Hər gün yazılı mətbuatı izləyən, xüsusən “Xalq Cəbhəsi” qəzetini mübalğəsiz deyərdim ki, bütün nömrələrini əvvəldən sona kimi oxuyan Ramiz bəyə-80 yaşlı cavanımıza sağlıqlı ömür arzulayıram. Özünün arzusu isə, torpaqlarımızın bütövlüyünü görməkdir. İnşallah bu arzusuna çatacaq...