• 28 Mart 2024
logo
Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir

Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir

Azərbaycanda Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşən gender bərabərliyi sahəsində iki illik layihə davam edir.
Trend-in məlumatına görə, layihənin dəyəri 1,111 milyon avrodur.
Layihənin məqsədi dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün milli gündəliyin reallaşdırılmasında vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakına kömək etmək, eləcə də gender bərabərliyinin möhkəmləndirilməsi və qadınların hüquq və imkanlarının genişləndirilməsidir.
Sözügedən layihənin ofisi Bakıda fəaliyyət göstərir, layihə isə regionlarda - Lənkəran, İsmayıllı, Şəki, Zaqatala, Balakən, Naxçıvan, Quba, Xaçmaz, Mingəçevir, Şirvan, Bərdə, Yevlax və digər bölgələrdə reallaşdırılır.