• 21 İyul 2019
logo
add image
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasında seçkilər keçirilib.
Trend-in məlumatına görə, iclasda QDİƏT Parlament Məclisinin baş katibi vəzifəsinə seçkilər baş tutub.
Seçkilərdə iki namizəd – Məclisin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan Parlamenti sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb.
Gizli səsvermədə A.Hacıyev yenidən QDİT Parlament Məclisinin baş katibi seçilib.