• 18 Aprel 2024
logo
AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edib

AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) deputatları Rusiya nümayəndə heyətinin təşkilatda səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib.

Trend-in məlumatına görə, bununla əlaqədar AŞ PA-da səsvermə keçirilib.

107 deputat təklifin lehinə, 36 nəfər əleyhinə səs verib. Daha 24 nəfər bitərəf qalıb.