• 3 Mart 2021
logo
Rusiya XİN Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun iclası barədə məlumat yayıb

Rusiya XİN Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun iclası barədə məlumat yayıb

Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun iclası yaxın vaxtlarda keçirilə bilər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, idarələrarası formatda Azərbaycan və Ermənistan tərəfi ilə üçtərəfli işçi qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsinə hazırlıq aparılır.

Qeyd olunub ki, Dağlıq Qarabağ nizamlanma prosesinin qərəzsiz və məsuliyyətli şəkildə həlli Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən olub və qalmaqdadır.

Xatırladaq ki, ötən gün RBK Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün bu gün Moskvada keçiriləcəyi barədə məlumat yayıb.