• 27 Aprel 2024
logo
Prezidentin köməkçisi: “Ermənistan tranzit ölkəyə çevrilə bilər, bu isə uzunmüddətli sülhü gücləndirən amil olacaq”

Prezidentin köməkçisi: “Ermənistan tranzit ölkəyə çevrilə bilər, bu isə uzunmüddətli sülhü gücləndirən amil olacaq”

“Azərbaycan və Türkiyə arasında əlaqələri TAP, TANAP, Bakı-Tblisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum layihələri çərçivəsində daha da inkişaf etdirmək potensialımız var”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Azərbaycan-Türkiyə birliyi Gürcüstanın da inkişafına səbəb olub: “Ermənistan da Azərbaycan və Türkiyə işbirliyindən yararlana bilər. Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə olunacaq. Burada Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bu isə nəticədə bölgədə uzunmüddətli sülhü gücləndirən amil olacaq”.