• 3 Mart 2021
logo
Eldar İbrahimov: "Milli Məclisin İntizam Komissiyasının Əsasnaməsinin layihəsi hazırdır"

Eldar İbrahimov: "Milli Məclisin İntizam Komissiyasının Əsasnaməsinin layihəsi hazırdır"

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İntizam komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə “Milli Məclisin İntizam komissiyasının 2020-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlər barədə” məsələyə baxılması nəzərdə tutulub.

Komissiya sədri nəzərə çatdırıb ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə “Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi”nin layihəsi hazırlanıb. Həmin sənədin qarşıdakı yaz sessiyasında təsdiqlənəcəyi gözlənilir.

Komissiyanın sədr müavini Fəzail Ağamalı bu hesabatı Milli Məclisin iş təcrübəsində yenilik adlandırıb. Qeyd edib ki, İntizam komissiyasının hesabatının dinlənilməsi VI çağırış Milli Məclisdə həyata keçirilən ilklərdən biridir.

Müzakirələrin yekununda İntizam komissiyasının hesabatı məqbul sayılıb.