• 3 Mart 2021
logo
Hikmət Hacıyev: “Ərdoğanın “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri ehtiva edən açıqlama idi”

Hikmət Hacıyev: “Ərdoğanın “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri ehtiva edən açıqlama idi”

“2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində Ermənistan “Tovuz hadisələri” adlanan təxribatı törədən zaman başqa Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin rəsmi şəxslərinin tərəddüd etmədən “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri özündə ehtiva edən açıqlama idi”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın apardığı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, diplomatik, psixoloji və siyasi dəstəyi çox vacib element idi: “Bunlar Azərbaycanın qələbəsini şərtləndirən elementlərdən idi. Nəticədə Azərbaycan xalqı məhkum olduğu işğaldan qurtuldu. Azərbaycan xalqı Qələbəyə nə qədər sevindisə, qardaş Türkiyə xalqı və insanları da o qədər sevinmiş oldu”.