• 25 Aprel 2024
logo
İran altıtərəfli əməkdaşlıq platformasının təşkil olunmasını istəyir - Zərif

İran altıtərəfli əməkdaşlıq platformasının təşkil olunmasını istəyir - Zərif

İran bölgədə altıtərəfli (Azərbaycan -Türkiyə-Gürcüstan və Rusiya-İran-Ermənistan) əməkdaşlıq platformasının təşkil olunmasını istəyir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada jurnalistlərə açıqlamasında deyib.

M.C.Zərifin sözlərinə görə, Qafqaz və ətraf ölkələrə səfərin əsas məqsədi bundan ibarətdir.

Nazir əlavə edib ki, Moskva səfəri çərçivəsində Qarabağ, İranın nüvə proqramı, Rusiya ilə ikitərəfli münasibətlər və bir sıra beynəlxalq məsələlər müzakirə olunacaq.

İranlı nazir bildirib ki, Qarabağla əlaqədar əldə olunan üçtərəfli razılıq bir çox sahələrdə, o cümlədən tranzit və nəqliyyat sektorunda əhəmiyyətlidir.