• 19 Mart 2024
logo
Parlamentdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Parlamentdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Yanvarın 26-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçiriləcək.

Bu barədə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

İclasın gündəliyinə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2020-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabat, komitənin 2021-ci il yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxildir.
Z. Əsgərov qeyd edib ki, Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planına daxil edilmiş, ancaq müzakirəyə çıxarılması təxirə salınmış “Daxili qoşunlar haqqında” qanun layihəsi komitənin 2021-ci il yaz sessiyası üçün nəzərdə tutulmuş iş planına da daxil edilməyib.

Z. Əsgərovun sözlərinə görə, “Hərbi qulluqçuların statusu haqqında” qanun qəbul edilməlidir ki, “Daxili qoşunlar haqqında” qanun da qəbul edilsin: “Daxili qoşunlar haqqında” qanunun qəbulu “Hərbi qulluqçuların statusu haqqında” qanunun qəbulundan asılıdır”.