• 19 Oktyabr 2019
logo
add image
BAXCP sədri DSX rəisinə təşəkkür məktubu göndərib

BAXCP sədri DSX rəisinə təşəkkür məktubu göndərib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Qüdrət Həsənquliyev yubiley medalına layiq görüldüyü üçün Dövlət Sərhəd Xidmətinin rəisinə təşəkkürünü bildirilib. Bununla bağlı BAXCP sədrinin general-polkovnik Elçin Quliyevə ünvanladığı təşəkkür məktubunda deyilir:
“Hörmətli cənab General-polkovnuk,
Məni Azərbaycanın dövlət sərhədlərinin qorunması kimi şərəfli və həm də böyük mənəvi yükü olan bir vəzifəni həyata keçirən nüfuzlu dövlət qurumunun - Dövlət Sərhəd Xidmətinin 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə təşəkkürümü bildirir, çətin və şərəfli işinizdə uğurlar diləyirəm”.