• 19 Aprel 2024
logo
Türkiyə MN: "Qara Yanvar" qətliamında şəhid olan qardaşlarımızı rəhmətlə anırıq

Türkiyə MN: "Qara Yanvar" qətliamında şəhid olan qardaşlarımızı rəhmətlə anırıq

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib.

APA xəbər verir ki, Nazirliyin "Twitter" səhifəsində yer alan paylaşımda deyilir:

"1990-cı il 20 Yanvar tarixində qardaş Azərbaycanda baş verən, tarixdə "Qara Yanvar" kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Azərbaycanın milli matəm günündə bütün şəhidlərə Allahdan rəhmət diləyirik".