• 27 Fevral 2021
logo
"Böyük tənəzzülə uğrayan bir dövlətin dirçəlməsi sual altındadır"

"Böyük tənəzzülə uğrayan bir dövlətin dirçəlməsi sual altındadır"

Ermənistanda siyasi vəziyyətin mürəkkəbliyi demək olar ki, böhrana gətirib çıxarır. Artıq erməni cəmiyyəti çıxış yolu tapa bilmir və aqoniya vəziyyətdədir.

Bunu "Xalq Cəbhəsi" nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan müxlaifətinin başına keçən, xalqa islahatalar deyil, revanşizm idelogiyası əxz edən yaşlı Vazgen Manukyan tipik ötən əsrin siyasətində qalıb. Bu onu göstərir ki, indiki hakimiyyətə alternativ olan 17 partiyadan ibarət Vətənin xilası naminə birlik də ermənilər üçün yeni imkanlar deyil, birbaşa qonşu xalqlara qarşı müharibə ritorikasından istifadə edir: "Baş nazir Nikol Paşinyanın hazırkı siyasətinə alternativ demokratik bir sistem qurulması istiqamətində real platforma təklif edən bir lider olmadığı üçün müharibədə uduzmuş Paşinyana hələ də erməni toplumu ümid edir. Amma, Paşinyanın da ölkəni bu kollapsdan qurtarması mümkün deyil. Çünki, 20 ildən artıq Qarabağ klanın hakimiyyətdə olması, erməni cəmiyyətinə Azərbaycana qarşı işğalçı və düşmənçilik siyasəti ruhunda ideoloji bir sistem "bəxş" etməsi hələ də ermənilərin bu xəstəlikdən qurtulması mümkün olmadığı üçün Paşinyanın da bütün cəhdləri nəticəsiz olacaq".

M.Əsədullazadə onu da vurğulayıb ki, erməni cəmiyyəti Qarabağda Azərbaycanın qalibiyyətli müharibəsindən şoka düşüb və bu şokdan ayılmaları uzun illər gözlənilmir. Demək olar ki, iqtisadiyyatı və ordusu böyük tənəzzülə uğrayan bir dövlətin dirçəlməsi sual altındadır və problem ondadır ki, bu vəziyyətdə də öz xəstə təxəyyüllərindən əl çəkmirlər: "Hazırda Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır və daha da ağırlaşması gözlənilir. Ermənistan hakimiyyəti nə qədər Azərbaycanla sülh müqaviləsi bağlamayıb, bu ölkənin Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əlaqələri mümükn olmayacaq. Bu da ölkənin hələ də iqtisadi və sosial girdabda qalmasını labüd edir. Düşünürəm ki, Paşinyana qarşı da müxalifətin vahid bir güc kimi onu devirməsi mümkün görünmür. Ümumiyyətlə, Paşinyanın müxalifət partiyaların sədrlərinə qarşı repsressiv siyasət aparması artıq bu ölkədə demokrtaik bir sistemin olmadığını göstərir. Və Paşinyanın demokratik bir lider obrazı onun avtoritar lider kimi xarakteriz edilməsi ilə nəticələndi. Düşünürəm ki, Paşinyanın erməni cəmiyyətinə gətirmək istədiyi demokrtaiya mümkün olmayacaq. Çünki, toplum bu kimi siyasi mədəniyyətə hazır deyil. Terror və qonşu xalqlara qarşı nifrət bəsləyən bu toplumu demokratikləşdirmək olmaz. Ona görə də Paşinyan ilk gündən gördü ki, erməni cəmiyyətinə yalnız boş-boş qalibiyyət sözlər və işğalı davam etdirmək siyasəti lazımdır. Məhz bunun nəticəsində artıq erməni cəmiyyəti çıxılmaz duruma düşdü. Bu gün Koçryan və Sarksiyanın hakimiyyətə gəlməsi mümükün görünmür. Ölkəni faşist bir cəmiyyətə çevirən bunlar olub və onların hakimiyyətə gəlməsi ermənilər üçün bədbəxtçiliyin növbəti mərhələsi olar. Ona görə də bunu o toplum artıq anlayır".

Cavid