• 27 Fevral 2021
logo
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu

Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu

Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik.

Trend Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda atəşkəs əldə edilib: "Bu önəmli fürsəti əldən verməmək lazımdır. Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik".