• 19 Mart 2024
logo
Lavrov: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir”

Lavrov: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir”

Rusiya Bayden administrasiyasından Strateji Hücum Silahları haqqında Müqavilənin uzadılması ilə bağlı konkret təkliflər gözləyir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyası dövründə də Rusiya və Çinə qarşı siyasət xətti davam edəcək: “Baydenin komandasındakı təyinatlar ABŞ-ın dominantlıq xəttinin davam edəcəyini mühakimə etməyə imkan verir”.

S. Lavrovun sözlərinə görə, ABŞ-ın yeni administrasiyanın Rusiya ilə münasibətdə davranışı mümkündür ki, daha nəzakətli olacaq: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir. Lakin ABŞ liderliyinin hərəkətlilik metodları başqa cür olacaq”.