• 19 Mart 2024
logo
Prezident: “Xocalının Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb”

Prezident: “Xocalının Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb”

"Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Xocalı rayonunun Sığnaq kəndindən keçərkən deyib. Prezident İlham Əliyev yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə asılan fotolarına da diqqət yetirib: "İki qardaş". Dövlət başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: "Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa. Xocalı rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə, həm sol tərəfdə. Hər tərəf yaşıl, dağlar meşələr. Dağların başında qar, hava da günəşlidir. Qabaqda da çox gözəl mənzərə açılır. Şuşaya yaxınlaşırıq. Bax, necə də gözəl, Şuşaya çatırıq. Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da günəş bizi müşayiət edir. Bu da təbiidir. Təbiət də bizi alqışlayır". Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.