• 19 Aprel 2024
logo
Anar Eyvazov: "Ordudan pensiyaya çıxan hərbçilər hərbi formadan istifadə edə bilərlər"

Anar Eyvazov: "Ordudan pensiyaya çıxan hərbçilər hərbi formadan istifadə edə bilərlər"

Hərbi formadan istifadə hüququ olmayan şəxslər müəyyən mağazalardan aldıqları və digər vasitələrlə əldə etdikləri formanı geyinə bilməzlər.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

O qeyd edib ki, hərbçi olmayan, ordudan tərxis edilmiş şəxslərin bu formanı əldə edərək geyinməsi hərbi formanın pozulması deməkdir: "Azərbaycan Silahlı Qüvvələrində xidmət edib ordudan pensiyaya çıxan hərbçilər isə hərbi formadan istifadə edə bilərlər".