• 28 Yanvar 2021
logo
Türkiyə XİN başçısı: “Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”

Türkiyə XİN başçısı: “Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”

Pakistanın xarici işlər naziri Şah Mahmud Hüseyn Qureyşi ilə Maarif Vəqfinin fəaliyyəti haqda memorandum anlaşmasını imzaladıq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

Türkiyəli nazir qeyd edib ki, ölkələr arasında əlaqələri gücləndirəcək 71 maddəlik yol xəritəsi də müzakirə edilib.

“Ticarətimizi gerçək potensialına çatdıracağıq. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün İslamabadda Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının görüşü keçiriləcək.