• 22 Sentyabr 2019
logo
add image
XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edib.
Nazirlikdən verilən məlumata görə, şərhdə deyilir:
"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır".