• 26 Yanvar 2021
logo
ABŞ “demokratiya”sı və ya Sorosun Azərbaycandilli uşaqları

ABŞ “demokratiya”sı və ya Sorosun Azərbaycandilli uşaqları

ABŞ-da yanvarın 6-da baş verən məlum olaylar ölkənin hələ də demokratiya və insan hüquqlarına hörmətdən uzaq, bu cəhətdən çox zəif olduğunu göstərib.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələri müzakirə olunan zaman Konqresin binasına hücum olub. Prezident Donald Trampın dəstəkçiləri prezident seçkisinin nəticələrinə etiraz ediblər. Seçkinin nəticələrini təsdiqləməli olan Konqres işini dayandırıb. Demokratların qələbəsini həzm edə bilməyən respublikaçılar Konqresin binasına hücum çəkiblər və nəticədə 5 etirazçı ölüb, 14 polis əməkdaşı yaralanıb, 52 nəfər isə tutulub.

Heç kim bunu demokratiyanın göstəricisi hesab etmədi. Hətta yeni seçilən president Bayden aksiyanı terror, qiyam, iştirakçılarını isə terrorçu adlandırdı. Dünya liderləri də ABŞ-da baş verənləri "demokratiyaya edilən hücumdan çox narahat olduqlarını və kədərləndiklərini" söyləyiblər.

Bunu sözgəlişi xatırlamadıq. Güclü orduya, iqtisadiyyata və dollarına görə dünyada qüdrətli sayılan ABŞ-da baş verənlər terror hadisəsi kimi dəyərləndirilir və qınanılır. Amma maraqlıdır ki, elə başda ABŞ olmaqla, beynəlxalq qurumların əksəriyyəti Azərbaycanda 90-cı ildən bu yana radikal müxalifətin dövlət çevrilişinə, qarşıdırma yaratmaq məqsədilə icazəsiz aksiyalar keçirmək cəhdləri, qanun çərçivəsində polislər tərəfindən onların təxribatlarının qarşısının alınması ölkədə demokratiya və insan azadlıqlarının pozulması kimi dəyərləndirilib. Təbii ki, Qərbin rəsmi Bakıya qarşı bu mövqedən çıxış etməsi başadüşüləndir. Özü də işğalçı Ermənistanın Azərbaycan torpaqlarının bir hissədini işğal etdiyi bir dönəmlərdə. ABŞ Dövlət Departamenti, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası, Freedom House, Human Rights Watch kimi təşkilatların rəsmi Bakıya baxışlarında heç bir dəyişikliklər baş vermədi. Əfsuslar olsun ki, Qərb öz daxilində baş verdiyi antidemokratik ab-havaya göz yumdu, insan haqları, söz və azadlıq prinsiplərinin pozulmasına susdu, Avropada aparılan irqçilik siyasətinə haqq qazandırdı. Məgər hər bir sahədə səbəbsiz yerə Azərbaycanı ittihamlayan ABŞ və beynəlxalq təşkilatlar Fransa, Almaniya, Yunanıstan, İspaniya, Danimarka və digər ölkələrdə keçirilən mitinqlərdə əhaliyə qarşı edilən polis zorakılıqlarını görməyib? Polislərin mitinq iştirakçılarını atların ayaqları altına aldıqları, gözyaşadırcı qazlardan, su şlanqlarından istifadə etdikləri, nəticədə yüzlərlə ölən və yaralılar, dağıntılar…demokratiya, insan söz və azadlıqlarının qorunmasının göstəricisidirmi?

30 ilə yaxın Azərbaycanın torpaqlarını işğalda saxlayan, bəşəri cinayətlər törədən, minlərlə günahsız insanın həlak olmasına, işgəncə verilməsinə, itkin və didərgin düşməsinə, yeraltı və yerüstü sərvətlərini talayan Ermənistanın işğalçılıq siyasətinə göz yuman Avropadan, ABŞ-dan yaxşı heç nə gözləmək olmazdı.

ABŞ və Avropa çoxdan öz gözündə tiri görməyib özgə gözündə qıl axtarır. Biz ABŞ və onun müttəfiqlərinin Yaxın və Orta Şərq ölkələrində törətdikləri qətliamlardan bəhs etmirik. Zatən, elə bu qətliamlar, yüz minlərlə günahsiz insanın ölümü ABŞ-ın insan hüquqlarına verdiyi dəyərin ölçüsüdür. ABŞ-ın, Qərbin orada hansısa sahədə toqquşan maraqlarının olduğu faktdır.

Bəs Qərbin Azərbaycanda hansı gözə görünən və görünməyən maraqları var ki, inkişafəməz, qüdrətlənməyimiz boğazında qalıb.

Xatırlayırsız, ötən ilin iyunun 14-dən 15-nə keçən gecə Bakıdakı yürüş zamanı Milli Məclisin binasına hücum anını. Həmin gecə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil oldular və binaya maddi ziyan vurdular.

Bu hadisədən sonra ABŞ və Qərb daş atıb başlarını tutdular ki, ölkədə insan hüquq və azadlıqları pozulur. Necə ola bilir ki, son iki gündə Vaşinqtonda 5 etirazçının ölümü, 14 polis əməkdaşının yaralanması, 52 nəfərin isə tutulması ilə nəticələnən hadisə terror və qiyam, Azərbaycanda isə xalqın istəyi demokratiyanın pozulmasıdır. Hansı məntiq və meyarlara əsasən ABŞ və Qərb bu qənaətə gəlir. Bunun bir adı var – siyasi manipulyasiya və ikiüzlülük. Bu, Azərbaycana qarşı bu günün mövqeyi deyil, yuxarıda qeyd etdik ki, 93-cü ildən bu yana ABŞ və Qərb Azərbaycanada bütün sahələrdə aparılan islahatları, inkişafı həzm edə bilmədiyindən ikiüzlü mövqe tutmaq məcburiyyətində qalıb.

Soros və ermənipərəst dairələr, institutlar bu məsələdə çox aktivdirlər. Sorosun Azərbaycandilli uşaqları da bu prosesə cəlb olunublar. Corc Soros Açıq Cəmiyyət ideologiyası ilə dünya ölkələrində ABŞ-ın maraqlarına uyğun zəmin hazırlamaq üçün insan haqları, demokratiya, azad söz kimi anlayışlara bürünüb hakimiyyət dəyişikliklərinə qədər prosesləri idarə edən şəxsdir. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi məhz Sorosun planı olub. Elə Gürcüstan, Ukrayna, Qırğızıstana da Soros təsir göstərə bilib. Amma Soros Azərbaycanda güclü hakimiyyət-xalq birliyi qarşısında aciz qalaraq məğlub oldu. Onun Azərbaycandilli uşaqları da Sorosun qarşılarına qoyduğu planları, daha dəqiq sifarişlərini uğurla həyata keçirə bilmədilər, rəzil oldular. Kənarda qalan radikal müxalifətçilər də Sorosla əməkdaşlığa can atırdılar. 2005-ci ilin “Narıncı inqilablar” dövrünü xatırlayaq. Rəsmi Bakı vaxtında Soros fondunu ölkədən qova bilib. Lakin Soros həm xaricdə, həm də daxildə radikallarla əməkdaşlığını pozmayıb.

Son vaxtlar Əli Kərimli və Sevinc Osmanqızının fəaliyyətlərini “Soros” fondunun tələblərinə uyğun qurmaqla Azərbaycanın dövlətçilik maraqlarına zərbə vurmağa çalışmaları dediklərimizi əsaslandırır.

Zaman-zaman Soros fondu erməni diasporu, lobbisi, təbii ki, yerli xainlərimizin iştirakı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərib.

Əli Kərimli Qərbdə erməni lobbisinə bağlı dairələr və Soros fondu ilə zaman-zaman əməkdaşlıq edib. Bir neçə fakta toxunaq – 2016-cı ilin 15 sentyabr tarixində ABŞ konkresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli ilə Qarabağda separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın birgə iştirakı bu şübhələri artırır. Sifarişlə Mehman Hüseynov məsələsinin Avropa Parlamentində gündəmə gətirilməsi Azərbaycana qarşı qətnamə qəbuluna qədər qaldırılması da ssenarinin tərkib hissəsiydi.

Bu, o Kərimlidir ki, bu gün hakimiyyətə hansı yolla olursa-olsun, yiyələnməsi üçün hətta şeytanla belə əməkdaşlığa gedir. Elə bu yolun yolçusu olan Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun da terrorçu şəbəkənin hərəkətlərinə haqq qazandıran bəyanatla çıxış etməsi qaniçən qruplaşmanı ölkəmizə dəvət etməsi, Kərimli xislətini təsdiqləyən faktordur.

2015-ci ilin noyabrında Nardaranda baş verən hadisələr zamanı Əli Kərimlinin sosial şəbəkədə insanları "qiyama" səsləməsi, bununla ölkədə vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərməsi də simasi itirilən müxalifətin Qərbin sifarişini yerinə yetirməsidir.

Azərbaycan Prezidenti çıxışlarında da haqlı olaraq 1990-cı illərdə satqınlıq edib qaçıb gizlənənlər, bu gün Qərbdə özünı sığınacaq tapıb Azərbaycana qarşı mübarizə aparanlar, xarici ölkələrdə öz dövlətinə qarşı kampaniya təşkil edənlər və burada dövləti hədəfə götürənlər, Vətən müharibəsində qələbəyə xələl gətirməyə cəhd göstərənlər sərt tənqid olunur.

Axı bu həmin radikal müxalifətdir ki, 20 yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək silah gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmaqdan çəkinmədi. Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalayan da bizim müxlaifət liderlərimizdən biri olub. Azərbaycanı Suriya, Tunisin aqibəti kimi görmək istəyən də onlar olublar. “Ermənistanın yeni hakimiyyəti dinc demokratik inqilabdan əldə etdiyi imic üstünlüyünü Qarabağ uğrunda mübarizədə öz resursuna çevirir” fikrini də yazan Əli Kərimlidir.

“Milli Şura” ilə birgə meydana 1500 adam çıxarıb, ümummilli problemlərimizi bir kənara atıb, “İstefa” şüarı səsləyən də Kərimli, Həsənli, Hacıbəyli olub. İldə bir neçə dəfə Qərbin pulu ilə icazəsiz aksiya keçirib, gəncləri, qadınları polis qabağına verən də Kərimli olub. 2005-ci il 26 noyabrda oturaq aksiya keçirmək təklifini verib aradan çıxan da Kərimli olub. Lider saydığı Elçibəyə xəyanət edən də o olub. Müxalifət düşərgəsinə xəyanət edən, müxalifət liderlərini bir-birinə qarşı qoyan, düşərgəni güdaza verən, söyülən, təhqir olunan, əzilən də o olub.

Mitinqlərdən birində “İlham Əliyevin 8 illik Qarabağ fəaliyyəti sıfırdır. Azərbaycan hökuməti Qarabağı qaytarmaq üçün heç bir real addım atımır” iddiasını ortaya qoyan da Kərimlidir.

Bunlar və hələ sadalamağımız çox faktlar var ki, Kərimli kimilər ABŞ-Soros, Avropanın donorları tərəfindən satın alınıblar. Təfəkkürləri satılıb… ABŞ, Soros, Avropa Kərimli kimilərdən Azərbaycana qarşı ideoloji cəhətdən terrorçu hazırlayır.

Azərbaycanın uğurlarına, güclənməsinə, qüdrətlənməsinə və hətta işğal olunan torpaqlarımızın azad edilməsinə sevinməyənlərdən biri də bizim Qərbə, Sorosa satılan müxalifət liderlərimizdəndir. Avropada ermənilərin, ermənipərəst və antiAzərbaycan qurumların maliyyəsi ilə öz dəbdəbəli həyatlarını quran, internet tv-lər yaradan, Azərbaycana arxa çevirənlər də Sorosun Azərbaycandilli uşaqlarıdır. Onlar təkcə hakimiyyətin siyasətindən narazı qalıb onu tənqid etmirlər, fəaliyyətləri ilə xalqı, dövləti, bayrağımızı təhqir edirlər. Bunu xalq onlara bağışlayacaqmı?

Cavid