• 13 Noyabr 2024
logo
“Cəbhədə ermənilərin təxribatı olacaq”

“Cəbhədə ermənilərin təxribatı olacaq”

“Ermənistan daxilində siyasi böhran dərinləşir. Baş nazir Nikol Paşinyan "Qarabağ klanına" qarşı yeni metodlarla mübarizə üçün hərəkətə keçir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, hazırda Paşinyanın ordu sıralarında ona sadiq generallar yoxdur. Orduda generallar Koçaryan və Sarkisyanın sadiq adamlarıdı: “Məhz həmin generallar onlar tərəfindən bu rütbəyə gətiriliblər və dolayı yolla Rusiyanın Ermənistandakı "102-ci" bazasının təlimatı ilə hərəkət edirlər. Təbii ki, bu vəziyyət Paşinyan üçün arzuolunan deyil və proseslər onun əleyhinə işləyir”.
Politoloq qeyd edib ki, Rusiya və Qarabağ klanın əsas planı növbəti aylarda Paşinyan iqtidarını ciddi şəkildə zəiflətməkdir. Ona görə də Paşinyan orduda özünə sadiq generalited formalşadırmaq üçün 2016-cı il aprel döyüşlərində Serj Sarkisyan tərəfindən qovulan hərbiçiləri vəzifəyə qaytarır: “Bununla Paşinyan anti-Sarkisyan generallarına vəzifə verməklə öz tərəfdarlarını artırır. Məhz vurulan generalları Paşinyan bu məqsədlə ətrfaına gətirib. Belə bir situasiyada cəbhədə ermənilərin təxribatı olacaq. Ölkəmiz diplomatik və hərbi yolla artıq hücuma keçməlidir”.