• 20 Sentyabr 2019
logo
add image
“Sərdar Cəlaloğluna hər ay aldığı 10000 dollar azlıq edir”

“Sərdar Cəlaloğluna hər ay aldığı 10000 dollar azlıq edir”

Niyaməddin Orduxanlı ADP sədri Sərdar Cəlaloğlunun BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı ittihamlarına cavab verib.
BAXCP sədrinin müavini bildirib ki, Sərdar Cəlaloğlunun açıqlamaları növbəti onun növbəti böhtan və yalanlarının məcmuəsidir: “Sərdar Cəlaloğlu utanmadan yalan danışır, böhtan atır. Xalq arasında “qırmızı sifət”, “böhtançı” “qaşıq” kimi tanınan Sərdar Cəlaloğlu yenə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev barədə çərənləməyə başlayıb. Regionçuluq xəstəliyinə tutulmuş və region insanının iztirablarından faydalanan bu qeyri-ciddi adam həmyerliləri tərəfindən fitlə Qüdrət bəyin üzərinə yönləndirilir. BMT Nizamnaməsi ilə “xalqın üsyan hüququ var” deyən, iqtidarın fit müxalifəti ilə əlbir dairəsindən “faydalanan” bu təxribatçı zamanında Qüdrət bəy tərəfindən ifşa olunub. Görünür, hər ay aldığı 10 000 dollar azlıq edir. Tezliklə “Nobel” mükafatı alıb bütün xərclərini qarşılayar”.