• 19 Avqust 2022
logo
2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub

2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub

Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 41-i polkovnik-leytenantdır.