• 12 Avqust 2022
logo
Gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik məlumat MM-də ilk dəfə dinləniləcək

Gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik məlumat MM-də ilk dəfə dinləniləcək

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı sabah Milli Məclisdə dinləniləcək.

Bu barədə məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Komitənin sədri Bahar Muradova təqdim edəcək.
Qeyd edək ki, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı MM-də ilk dəfə dinləniləcək. Məlumat 2019-cu ili əhatə edir.