• 12 Avqust 2022
logo
Ceyhun Bayramov: “GUAM regional təhlükəsizliyin gücləndirilməsi üçün vacib regional platformadır”

Ceyhun Bayramov: “GUAM regional təhlükəsizliyin gücləndirilməsi üçün vacib regional platformadır”

“Azərbaycanın GUAM-da sədrliyi başa çatır. Ötən il bir çox mənada çətin il olmuşdur. İndi isə əməkdaşlığımızı qiymətləndirmək və gələcəyə baxmaq vaxtıdır”.

XİN-dən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Nazirin sözlərinə görə, GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır: “Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur”.

O qeyd edib ki, müsbət inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilmişdir: “GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanmışdır. Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu layihəsi demək olar ki, tamamlanmış və yaxın zamanlarda imzalanacağı gözlənilir”.