• 9 Avqust 2022
logo
Siyavuş Novruzov deputatlara noutbuk verilməsini istəyib

Siyavuş Novruzov deputatlara noutbuk verilməsini istəyib

“Milli Məclisin ezamiyyə xərclərinin artırılması yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında

"Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov iclas zalında deputatlar üçün noutbuk qoyulmasını da təklif edib: “Bu, deputatların çıxışlarını yazması, qanun layihələrini elektron qaydada axtarış edərək tapması və digər aspektlərdən vacibdir”.