• 19 Avqust 2022
logo
Beynəlxalq Cinayət Məhkəməsi Ermənistana qarşı

Beynəlxalq Cinayət Məhkəməsi Ermənistana qarşı

Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.
Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsi, Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlara qarşı, genişmiqyası hərbi əməliyyatlarla başlanılan 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda operativ məlumatlandırmaq məqsədi ilə dəfələrlə müraciət və bəyanatlar ünvanlamışdır.
Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən Azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.
Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurası İnsan Hüquqları Komitəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və s.beynəlxalq insan hüquqları təşkilatları yer alıb.
Müraciətdə Ermənistanın müharibə cinayətlərinin Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib.
Müraciətdə həmçinin, Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.
Bu günlərdə, Mənzil Qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq İdarəsinin “Məlumat və Sübutlar Şöbəsinin” müdiri Mark Dilon tərəfindən, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca cavab məktubu gəlib.
Məktubda cənab Mark Dilon İnsan Hüquqları Komitəsindən daxil olan sənədin alınmasını təsdiq edərək, onun baxılmaq üçün BCM Prokurorluq İdarəsinin Kommunkasiya Reyestrinə daxil edilməsini bildirir. Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilir. Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman, yazılı olaraq qərarla bağlı İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilir.