• 9 Avqust 2022
logo
Prezident İlham Əliyev: Azərbaycanı ittiham edən qətnamələr qəbul edirsiniz, başınıza dəysin bu qətnamələr

Prezident İlham Əliyev: Azərbaycanı ittiham edən qətnamələr qəbul edirsiniz, başınıza dəysin bu qətnamələr

Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər.

Bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilana səfəri zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır.

Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər.

Qubadlının Xanlıq kəndi. Xanlıq kəndi uğrunda şiddətli döyüşlər gedirdi. Ermənilər bizim bu tarixi, qədim kəndimizə eybəcər ad veriblər. Xanlıq kəndi Qubadlı rayonunun ərazisində yerləşir. Biz indi Qubadlı rayonunun ərazisindəyik. Ermənilər Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurmuşdular. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Baxın, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb".