• 12 Avqust 2022
logo
Türkiyə Qarabağın işğalının sona çatmasına öz töhfəsini verib - Ərdoğan

Türkiyə Qarabağın işğalının sona çatmasına öz töhfəsini verib - Ərdoğan

Türkiyə 30 il Dağlıq Qarabağın göz yumulan işğalının sona çatmasına öz töhfəsini verib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Şərqi Aralıq regionundan Liviyaya, Suriyadan Dağlıq Qarabağadək olan regionda son dərəcə çətin məsələlərlə üzləşib:

"Amma terrorla mübarizə aparmağa, onu əzməyə davam edəcəyik. NATO-da da terrorçularla üz-üzə mübarizə aparan tək ölkə Türkiyədir. Liviyada qanuni hökumətə dəstək verərək demokratiyanı xilas edən Türkiyə olub. Somalinin yenidən sabitliyə nail olmasında imkan yaratmışıq. Qarabağda 30 il göz yumulan işğal və soyğun rejiminin sona çatmasında töhfəmizi vermişik".