ABŞ-ın “Time” jurnalı 2020-ci ilin seçilən 100 şəklini yayıb.
Jurnalda Azərbaycanın Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərimizə hücumu nəticəsində Bərdə şəhərindən çəkilən şəkil də yer alıb.
“Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə atdığı raket hücumu nəticəsində Fuad İsmayılov öləndən sonra bacısı onun əlindən öpür” , - deyə şəkildə qeyd olunub.