• 12 İyul 2025
logo
Ermənistan hökuməti Paşinyanın dekabrın 31-də istefa verəcəyinə dair xəbərlərə münasibət bildirib

Ermənistan hökuməti Paşinyanın dekabrın 31-də istefa verəcəyinə dair xəbərlərə münasibət bildirib

Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan hökumət yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, Ermənistan mediasında N. Paşinyanın dekabrın 31-də istefa verəcəyini açıqlayacağına dair xəbərlər yayılıb. Bildirilib ki, Baş nazir istefa qərarını Yeni il bayramı ilə bağlı müraciətində açıqlayacaq.