• 16 Avqust 2022
logo
Mövlud Çavuşoğlu: "Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında imzalanan iki protokol öncədən Azərbaycanla razılaşdırılıb"

Mövlud Çavuşoğlu: "Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında imzalanan iki protokol öncədən Azərbaycanla razılaşdırılıb"

“Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında iki protokol imzalanıb. Amma imzalanmazdan öncə Azərbaycanla razılaşdırılıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə məsələləri ilə bağlı danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

TBMM-də müxlaif partiyaya mənsub millət vəkillərinin “Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz niyə gizli danışıqlar olub?” sualını cavablandıran nazir deyib ki, bu itihamlar əsassızdır, Azərbaycandan gizlin heç bir protokol imzalanmayıb.

Nazir deyib ki, Türkiyənin Azərbaycanda təhlükəsizlik üzrə müşahidə məntəqələrinin yerləşdirilməsi məsələsi ev sahibi olaraq qardaş ölkənin səlahiyyətindədir: “Azərbaycan yer, tarix və heyətdəki sayı müəyyən etdikdən sonra bu məsələ öz həllini tapa bilər”.