• 18 Avqust 2022
logo
Rusiya sülhməramlı missiyası çərçivəsində təxribatçı rolunda çıxış edir

Rusiya sülhməramlı missiyası çərçivəsində təxribatçı rolunda çıxış edir

Rusiya sülhməramlı missiyası çərçivəsində təxribatçı rolunda çıxış edir

Rusiya Müdafiə Nazirliyi tərəfindən Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin yenilənmiş əməliyyat xəritəsi dərc edilməsi Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olub.

Buna səbəb xəritədə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulan hüdudları aşan məqamlar var.

Müşahidələr göstərir ki, Rusiya xəritələrlə manipulyasiya etmək və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlərlə öz öhdəliklərini açıq-aşkar pozur. Halbuki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir:
- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir.

Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir.

Xatırladaq ki, dekabrın 12-də Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə 3 hərbçimiz şəhidimiz olub, yaralananlar var.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan siyasi rəhbərliyinin və Xankəndində terrorçu Arayik Aratunyanın əsas planı Hadrutu geri almaqdır. Məhz bu məqsədlə Hadrut ətrafında meşəliklərə Turşsu istiqamətindən təchizat yığıb, hücum ediblər. Bir aydan artıq mühasirədə qalıb, soyuq və qida çatışmamazlığından onlar buranı tərk edə, yaxud təslim ola bilərdilər.

Məhəmməd Əsədullazadənin fikrincə, Xankəndindəki terroçubaşlar Arayik Aratunyan, Vitalı Balasanyan Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, Azərbaycan ordusunun hücum etməyəcəyinin fərqindədirlər: “Onlara Rusiya sülhməramlı qüvvələri bu qədər dəstək verib ki, Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannəmənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndə və bir yüksəklikdə nəzarəti ələ alıb. Bundan sonar Ermənistan prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bu prosesdən Moskva da məmnundur. Çünki, Rusiya Dağlıq Qarabağda belə bir insdentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsilzik təmin edilməsin. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın”.

Amma politoloq bildirib ki, Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu planın qarşısını alacaq. Azərbaycan prezidenti İlham Əliyevin Minsk qrupu həmsədrlərinə diplomatik master-klası bütün siyasi-hərbi üstünlüyün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdi. Göründüyü kimi Ermənistan prezidenti və Qarabağdakı separatçıların əsas fəaliyyəti Dağlıq Qarabağda münaqişəni davam etdirməkdir: “Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək. Rusiya sülhməramlı qüvvələrinin son günlər qurduqları postlarda mühəndis-istehkam işlərini davam etdirmələri məhz bu planın tərkib hissəsidir. Yoxsa, sülhməramlılar niyə bu qədər güclü müdafiə sistemləri qursunlar ki?! Ermənilərlə birgəyaşayış və azərbaycanlıların bu ərazilərə köçürülməsində Rusiya da maraqlı görünmür”.

Onu da qeyd edək ki, xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Bununla da Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmayıblar. Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub.

ALDP sədri Fuad Əliyev bu məsələdə rəsmi Kremlin tutduğu mövqeyi Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib. Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsini Rusiya hələ də həzm edə bilməyib: “Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında Kremlin rolu danılmazdır. 44 günlük müharibə dönəmində də Rusiyanın Ermənistana silah-sursat ixracı danılmaz faktlardanıdr. Ermənistanın Rusiya silahı ilə Gəncə, Bərdə və Tərtər şəhərlərini vurması yüzlərlə sakinimizin həlak olması da ortalıqdadır. Daima keçmiş MDB məkanını özündən asılı vəziyyətə salmaq üçün müxtəlif iyrənc planlarını həyata keçirən Kreml Azərbaycanda böyük maneələrlə üzləşib. Kreml Türkiyə-Azərbaycan birliyini qəbul edə bilmədiyindən təşviş və narahatlıq içindədir. Ona görə də ərazü bütövlüyümüzə xələl gətirən xəritələri ictimailəşdirir, özündən sərhədlər müəyyənləşdirir. Buna onun ixtiyarı yoxdur”.

Partiya sədrinin fikrincə, Rusiya sülhməramlı missiyası çərçivəsində təxribatçı rolunda çıxış edir. Onun sözlərinə görə, bölgədə Bakının razılığı olmadan Rusiya heç bir addım ata bilməz: “Rusiya belə təxribat xarakterli addımlar atmaqla Ermənistanı qurban verəcək. Moskva bu barədə düşünməli və bu planlardan geri çəkilməlidir. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, üç dövlət rəhbərləri arasında imazalanan məlum bəyanatın müddəlarına uyğun olaraq Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Amma məlum hadisələrdən sonra görünür, Moskvanın niyyəti bölgədə sülh yaratmaq yox, münaqişəni yenidən alovlandırmaqdır”.