• 6 İyul 2025
logo
“Noyabrın 10-da imzalanan 9 maddəlik bəyanat tərəflər üzərinə konkret öhdəiliklər  qoyur”

“Noyabrın 10-da imzalanan 9 maddəlik bəyanat tərəflər üzərinə konkret öhdəiliklər  qoyur”

Hikmət Babaoğlu: “Bunlar dəyişməzdir”

“Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il 10 noyabr tarixində imzalanan 9 maddəlik bəyanat tərəflər üzərinə konktet öhdəiliklər qoyur və bunlar dəyişməzdir. Onsuz da bu bəyanatın pozulmasında maraqlı olan çoxsaylı tərəflər var və bunlar təkcə regionumuzda deyil hətta ondan kənarda da mövcuddur”. Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. “Ona görə də inandırıcı deyil ki, bu bəyanatın yaratdığı yeni həssas sülh prosesinin pozulmasında regionumuzda Ermənistandakı bəzi terrorist qruplaşmalardan başqa kimsə maraqlı olsun”, - deyən H.Babaoğlu bildirib ki, Rusiya sülhməramlıları bəyantda əksini tapan razılaşmanın bir hissəsidir və onların missiyası eyni zamanda bölgədə qalma müddəti də bəllidir: “Noyabr ayının 10-dan sonra baş verən birinci və hələlik son terror hadisəsindən sonra Azərbaycan tərəfi dərhal qətiyyətli addımlar ataraq antiterror əməliyyatı keçirib, terroristləri zərərsizləşdirib və sözgedən ərazidə nəzarətimizi bərpa edib. Belə olan halda rus sülhməramlılarının razılaşmada qəbul edilən və missiyanın fəaliyyət sahəsindən kənrda olan ərazidə hansısa dəyişiklik etməsi əsla başa düşülən deyil və haqlı narazılıq yaradır. Ancaq əvvəlcə biz bir şeyi aydınlaşdırmalıyıq ki, bu doğurdan da faktiki sahədə də belədirmi və əgər belədirsə nəyə əsaslanaraq edilib. Çünki biz istər Kəlbəcərdə Xudavəng monastrı məsələsində və eləcə də Söyüdlü qızıl mədəni məsləsində Azərbaycanın qəti mövqeyini və bununla tərəflərin hesablaşdığını görmüşük. Ona görə də Xocavənd rayonunun məlum kəndləri məsələsində də erməni təxribatına baxmayaraq əsla heç bir dəyişiklik ola bilməz. Sadəcə bir qədər təmkinli olub məsələylə bağlı rəsmi açıqlamaları gözləməliyik”.

Əli Zülfüqaroğlu