• 12 Avqust 2022
logo
Azərbaycan qəhrəman Ordusunun gücü ilə torpaqlarını azad etdi

Azərbaycan qəhrəman Ordusunun gücü ilə torpaqlarını azad etdi

Türkiyənin Azəırbaycandakı sabiq səfiri Hulusi Kılıç ötən gün prezident İlham Əliyevin Bakıya təşrif buyurmuş Fransa və ABŞ-dan olan ikiüzlü həmsədrlərə diplomatik qulaqburması verməsini Moderator.az-a şərh edib:

"Cənab Prezidentin həmsədrlərlə açıq danışması məni qürurlandırdı. Qələbə qazanmış Ali Baş Komandanın həmsədrlər önündə etdiyi nitq çox mənalıdır. 27 ilimizi yeyən bu həmsədrlər Bakıya nə üzlə gəlir? Onları heç dəvət edən olmamışdı. Hər halda üzr istəməyə gəliblər: "Bizi bağışlayın, biz heç nə edə bilmədik" siz öz gücünüzlə, Azərbaycanın qəhrəman ordusunun gücü ilə, şəhidlərimizin sayəsində torpaqlarınızı azad etdiniz. Təbrik üçün gəliblər çox güman (red-gülür), təbrikə gəliblər deyib gülək bir az da. Bundan əlavə, fransız niyə gəldi görəsən? Hansı üzlə gəldi? Onun "tərəf" olduğunu biz açıq-aşkar gördük. Həm Makronun çıxışları, Fransa senatında, məclisində alınan qərarlar göstərdi ki, Fransa "tərəf" olmasına baxmayaraq o masada necə oturdu, bunu düşünə bilmirəm. Həqiqətən Fransanın utanması lazımdır. 27 il gizli-gizli bizim vaxtımızı oğurladılar, 1 milyondan çox qaçqın və köçkünün üzücü şəraitdə yaşamasına razı oldular. Buna görə də, cənab prezidentin onlara dediklərini qulaqlarında sırğa etmələri lazımdı. İlham Əliyev sözləri ilə onlara "sizin 27 ildə edə bilmədiklərinizi mən və ordum 44 gün içində həll etdi" dedi. Sırğa kimi sözlər oldu bu söz onlara. Bəli, cənab prezidentim, çox sağ olun! Nə gözəl! Ürəyimdəki o ağırlığı aldınız!"