• 12 Avqust 2022
logo
Prezident İlham Əliyev: “44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi”

Prezident İlham Əliyev: “44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi”

“44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi. İşğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi”.

Bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan deyib ki, hər gün yeni kəndlər, şəhərlər, qəsəbələr, yüksəkliklər azad edilirdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun. Tarixi ədalət zəfər çalsın və buna nail olduq”.