• 9 Avqust 2022
logo
Ali Baş Komandan: “Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”

Ali Baş Komandan: “Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”

“Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa, biz hərbi yollarla bu məsələni həll edəcəyik”.

Bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan deyib ki, 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyaya və müqəddəs Qurana əl basıb and içib ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq: “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.