• 19 Avqust 2022
logo
Azərbaycan dövlət başçısı: “İşğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq”

Azərbaycan dövlət başçısı: “İşğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq”

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. İşğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.

Bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan deyib ki, bizim hər birimiz bu işdə fəal olmalıdır: “Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.