• 22 Sentyabr 2019
logo
add image
Pakistanlı nazir: İnvestorlarımız Azərbaycana sərmayə yatırmaq istəyirlər

Pakistanlı nazir: İnvestorlarımız Azərbaycana sərmayə yatırmaq istəyirlər

Pakistanın Xeybər Paxtunxva Əyalətinin investorları Azərbaycana sərmayə yatırmaq istəyirlər.
Trend-in məlumatına görə, bunu Xeybər Paxtunxva Əyalətinin informasiya naziri Şövkət Əli əyalətin Azərbaycanda səfərdə olan nümayəndə heyətinin Milli Məclisdə sədrin birinci müavini Ziyafət Əsgərovla görüşdə deyib.
İnformasiya naziri qeyd edib ki, Azərbaycana gələn nümayəndə heyətinin tərkibində ticarət və biznes təmsilçiləri də var. O qeyd edib ki, ölkələrimiz humanitar, mədəni, hərbi, turizm sahələrində olduğu kimi bu sahələrdə də yaxşı əməkdaşlıq edə bilər:
“İnvestorlarımız Azərbaycana sərmayə yatırmaq istəyirlər. Neft-qaz hasilatını genişləndirmək niyyətində olan Pakistan bu sahədə lider dövlət olan Azərbaycanın yardımına ehtiyac duyur. Enerji sahəsində əməkdaşlıq qarşılıqlı faydalı olar”.