• 13 Fevral 2025
logo
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsinin layihəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsinin layihəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsinin layihəsi BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyinə salınıb.
Trend-in məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunur ki, ötən il bu qətnamə 73-cü sessiyanın gündəliyində yer almamışdı.
Layihənin 74-cü sessiyanın gündəliyinə salınması barədə yekun qərar Assambleyanın bu məsələ ilə bağlı atacağı mümkün addımlardan asılıdır.
Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də işə başlayacaq.