• 9 Avqust 2022
logo
BAXCP: “Sizə əbədiyyətə qədər borcluyuq”

BAXCP: “Sizə əbədiyyətə qədər borcluyuq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən, həmçinin “Zəfər” və “Qarabağ” ordenləri ilə təltif edilən hərbi qulluqçularını təbrik edib.

Partiyanın təbrik müraciətində deyilir:

“Silahlı Qüvvələrimizin müzəffər əsgər və zabitləri,

Müqəddəs Vətən savaşının şanlı qəhrəmanları,
Sizi Azərbaycan Respublikasının ən ali dərəcələri və ordenləri ilə təltif edilməyiniz münasibətilə təbrik edirik!

Vətən müharibəsində göstərdiyiniz yüksək peşəkarlıq, igidlik və mərdlik 30 illik işğala, nisgilə son qoymaqla yanaşı, Azərbaycan xalqının qürurunu bayrağımızın dalğalandığı ən uca zirvələrə qaldırdı, dövlətimizin və ordumuzun gücünü, milli ruhumuzun böyüklüyünü, mücadilə əzmimizi, döyüş qabilliyyətimizi bütün dünyaya nümayiş etdirdi”.

BAXCP-nin təbrik müraciətində qeyd olunur ki, ərazi bütövlüyümüz uğrunda canını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin, Vətən müharibəsinin iştirakçısı olan hərbi qulluqçularımızın qəhrəmanlığı daim Azərbaycan xalqının yaddaşında yaşayacaq, nəsildən-nəsilə ötürüləcək, şəhidlərimizin məzarları and və qürur yerimizə çevriləcəkdir:

“Əziz həmvətənlər,

Vətən müharibəsinin qəhrəmanları,

Qazilər,

Sizi təbrik etməkdən qürur duyduğumuzu bildirir, Azərbaycanın bütövlüyü və təhlükəsizliyi uğrunda fəaliyyətinizdə uğurlar diləyirik!

Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, onlara əbədiyyətə qədər borclu olduğumuzu bildiririk!

Yaşasın Azərbaycan!

Tanrı xalqımızı və dövlətimizi qorusun!”