• 11 Avqust 2022
logo
İşğaldan azad edilmiş ərazilərdə investisiyalar iqtisadiyyata təkan verəcək - Elman Rüstəmov

İşğaldan azad edilmiş ərazilərdə investisiyalar iqtisadiyyata təkan verəcək - Elman Rüstəmov

Azərbaycan iqtisadiyyatı post-müharibə dövründən dayanıqlılıqla çıxır.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hazırda Azərbaycanın maliyyə bazarının qarşısında böyük tapşırıqlar dayanıb və bu işlərin reallaşdırılması, eləcə də erməni işğalından azad edilmiş ərazilərdə investisiya proqramları iqtisadiyyata təkan verəcək və ölkənin iqtisadi potensialını daha artıracaq.

E.Rüstəmov əlavə edib ki, pandemiya və Vətən müharibəsinə baxmayaraq, ölkənin maliyyə sektoru cari ili yaxşı göstəricilərlə başa vuracaq.