• 4 İyul 2025
logo
Türkiyə və Fransa XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və Fransa XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drianla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Mövlud Çavuşoğlu telefon danışığı zamanı fransalı həmkarı ilə regional məsələlər və iki ölkə arasındakı əlaqələrə dair fikir mübadiləsi aparıblar.