• 13 İyul 2025
logo
Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub

Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub.

Bu barədə Trend-ə açılış mərasimində iştirak edən Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub:

"Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Van bölgəsinin rəhbər işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər".