Əli Əhmədov: Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub
Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, bu gün YAP-ın ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.
Baş nazirin müavini əlavə edib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil:
"Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır".
6 Sentyabr 2019 16:36
1 729
Digər xəbərlər
20 Avqust 2026 10:29
1 834
18 Avqust 2026 14:02
3 297
18 Avqust 2026 12:06
3 367
13 Avqust 2026 19:13
1 876
13 Avqust 2026 19:12
1 876
12 Avqust 2026 09:49
2 289
11 Avqust 2026 13:24
1 988
10 Avqust 2026 09:31
2 310
7 Avqust 2026 11:32
2 849
6 Avqust 2026 13:25
3 619
6 Avqust 2026 08:23
3 717
3 Avqust 2026 12:18
1 295