• 19 Avqust 2022
logo
YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsipindən irəli gəlir

YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsipindən irəli gəlir

Prezident İlham Əliyev əhalinin rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut etdi

Özünü sosial dövət elan edən Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən əhalinin sosial problemlərinin həlli məqsədilə dövlət səviyyəsində çoxsaylı layihələr həyata keçirilib. Belə proqram və layihələr xüsusən əhalinin həssas və aztəminatlı təbəqəqlərini əhatə edib. Azərbaycanın 30 il aktiv müharibə şəraitində yaşadığını nəzərə alsaq şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçuların sosial müdafiəsinin təminatı daha aktuallıq kəsb edir. İnsafən qeyd edilməlidir ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Sirr deyil ki, ötən müddət ərzində Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılamsı istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təminatı məsələsi daim Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olub və eyni mövqe bu gün də davam etməkdədir. Birmənalı şəkildə qeyd etmək olar ki, Prezident İlham Əliyevin şəxsi tapşırıqları və ciddi nəzarəti nəticəsində bu kateqoriyadan olan insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar: "Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar da həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar. Məlum olduğu kimi hazırda hər bir şəhidin vərəsəsinə 11 min manat sığorta ödənişi verilir. Həmçinin, müharibə əlillərinə sığorta ödənişi kimi I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir".

Hüquqşünas qeyd edib ki, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin ailə üzvləri də bir sıra imtiyaz və güzəştlərdən yararlana bilirlər. Belə ki, şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunublar. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar, sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".

A.Hüseynli qeyd edib ki, dövlətlə yanaşı, cəmiyyətin ən müxtəlif kateqoriyasından olan insanlar da şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə öz töhfəsini verməyə çalışır. Elə bu reallıqdan çıxış edən Prezident İlhan Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" Fərman imzalayıb: "Məlumdur ki, bu vaxta qədər də Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız humanizm prinsipindən çıxış edərək şəhid ailələri və müharibə veteranlarına dəstək göstərirdilər. Laikn bu iş vahid mərkəzdən idarə olunmadığından ən müxtəlif fikirlərin formalaşmasına yol açırdı. Fondun yaradılması bütün bu anlaşılmazlığa son qoyacaq, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə yardın göstəriləcək. Ən əsaı odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu kateqoriyadan olan bütün insanlara şamil ediləcək". Onun bildirdiyinə görə, Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut edir.