• 2 İyul 2025
logo
Ərdoğanın Bakı səfərinin təfərrüatları açıqlanıb

Ərdoğanın Bakı səfərinin təfərrüatları açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycana səfər edəcək.

Türkiyə mətbuatının məlumatına görə, bu səfər iki gün davam edəcək. Səfər çərçivəsində R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında vəziyyət və Qarabağdakı son hadisələr müzakirə olunacaq.

Bundan başqa, liderlər atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya birgə monitorinq mərkəzi ilə bağlı vəziyyət müzakirə mövzusu olacaq.

Bu, prezidentlərin atəşkəs bərqərar olunduqdan sonra ilk görüşü olacaq.